Ümumiyyətlə, erkən yaşda yəni azyaşlı uşaqların uzun müddət ailədən ayrı qalması, sevgidən uzaq düşməsi onların nisbətən soyuqqanlı formalaşmasına səbəb olur.
Bu fikirləri AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev söyləyib.
O, qeyd edib ki, valideyin nəzarətində olan uşaqlar dərsə daha çox diqqətdə olurlar:
"Bir tərəfdən, belə uşaqlar daha çox uğur qazana bilərlər. Çünki onlar sevgidən və diqqətdən uzaq, öz üzərində daha çox çalışmalı olurlar, daha çox çətinliklə üzləşirlər. Nəticədə, gələcəkdə emosional qərarlardan uzaq duraraq iş mühitində və şəxsi inkişaf baxımından müəyyən uğurlar əldə edə bilərlər.
Ancaq ümumilikdə cəmiyyət üçün, ailə üçün çünki cəmiyyətin və dövlətin əsası ailədir uşağın ana və atanın yanında formalaşması çox vacibdir. Uşaq üçün ideal obraz ata və anadır. Qız uşaqları adətən ananı, oğlan uşaqları isə atanı ideal kimi qəbul edir və daim çalışırlar ki, onlara bənzəsinlər. Bu da onları gələcəkdə ailəyə bağlı, evdar biri kimi formalaşdırır"
Şagird ailəsindən uzaq olduqda dərslərdə onlar üçün bezdirici və yorucu hala gətirə bilər:
"Belə uşaqlar ailə sevgisinin ətrafında özlərini daha sağlam şəkildə inkişaf etdirirlər və bu, onların hərtərəfli formalaşmasına müsbət təsir göstərir. Təhsil baxımından da valideynin yanında olan uşaqlar daha çox diqqətdə olurlar. Bu da onların dərsə marağını və eyni zamanda valideyn dəstəyi ilə təhsilə olan münasibətini gücləndirir.
Əks halda gündəlik tədris olunan dərslər onlar üçün bezdirici və yorucu hala gətirə bilər".