Azedu.az

Vəfat edən Ramiz Quliyevin təhsil yolu

Xəbərlər

15 Oktyabr 2025, 10:27
Vəfat edən Ramiz Quliyevin təhsil yolu

Xalq artisti Ramiz Quliyev vəfat edib.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964–1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda iştirak edib.1957-ci ildə Respublika musiqi kollektivləri arasında Bakıda keçirilən Festivalda (Azərbaycan Dram teatrında keçirilmişdir; münsiflər heyətinin sədrləri – Əfrasiyab Bədəlbəyli və Səid Rüstəmov) I yer qazanıb, 1961-ci ildə isə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Bu illər ərzində Ağdam rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub.

1963–1964-cü illərdə Ağdam 1 saylı orta-ixtisas musiqi məktəbində, 1965–1974-cü illərdə isə Bakı şəhəri 1 və 20 saylı musiqi məkləblərində təhsil alıb.1974-cü il onun həyatında əlamətdar olub. Belə ki, həmin ilin iyun ayında musiqiçilərin Zaqafqaziya festivalında o, birinci mükafatа, oktyabr ayında iсə Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində laureat adına layiq görülüb.

1974–1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib.

Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR
Son xəbərlərDaha çox