Azedu.az

Məktəb direktorları maksimum 5 il işləməlidir - TƏKLİF

Xəbərlər

15 Oktyabr 2025, 09:34
Məktəb direktorları maksimum 5 il işləməlidir - TƏKLİF

Direktorlara yalnız 5 illik səlahiyyət verilməli, müddət başa çatdıqda yeni direktor təyin olunmalıdır.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev bildirib.

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev...

O qeyd edib ki, 10 ildən artıq müddət ərzində vəzifədə qalan direktorlar da vəzifədən azad edilməlidir:

“Bu mənim subyektiv fikrimdir ki, məktəb direktorunun iş fəaliyyəti 10 ili keçməməlidir. Bunun üçün konkret bir müddət müəyyənləşdirilməlidir. Məsələn, direktorluq fəaliyyəti maksimum 5 il ola bilər. Həmçinin əvvəlki illərdə təyin olunmuş və artıq 10 ili keçmiş direktorlar da vəzifədən kənarlaşdırılmalıdır.

Əsas səbəb isə odur ki, bəzi məktəb direktorları 5-10 il ərzində fəaliyyət göstərdiklərinə görə bütün səlahiyyətləri öz əllərində cəmləşdirir, özlərinə yaxın şəxsləri məktəbin müxtəlif vəzifələrinə yerləşdirir və özlərini məktəbin sahibi kimi aparırlar. Hətta demək olar ki, məktəbdə “at oynadırlar”.

Bu səbəbdən də bu istiqamətdə müvafiq qərar və ya qanun qəbul edilməlidir. Direktorlara yalnız 5 illik səlahiyyət verilməli, müddət başa çatdıqda yeni direktor təyin olunmalıdır".

Ramiz Mehdiyevin arxasınca kimlər VURULACAQ? - ŞOK ADLAR
Son xəbərlərDaha çox