Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər 14 – 23 oktyabr (saat 14:00-dək) 2025-ci il tarixlərində aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını (ƏDV ilə birlikdə 118 AZN) ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
//exidmet.dim.gov.az/elimt/EdliyyeNaxcivan
Test imtahanı oktyabrın 26-da Naxçıvan şəhər M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə kompüterlər vasitəsilə keçiriləcək. İmtahan saat 11:00-da başlanır.
Müəyyən edilmiş qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları (njustice.gov.az), eləcə də (036) 545 – 00 – 69 nömrəli telefon vasitəsilə əldə etmək mümkündür.