2025-ci ilin yanvar-avqust aylarında əhalinin sayı 24611 nəfər və ya 0,24 faiz artaraq 2025-ci il sentyabr ayının 1-i vəziyyətinə 10249500 nəfərə çatıb.
Bu barədə AzEdu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.