Azedu.az

Bu ölkədə qızların təhsili üçün 2,5 milyon dollar ayırıb

Xəbərlər

14 Oktyabr 2025, 16:54
Bu ölkədə qızların təhsili üçün 2,5 milyon dollar ayırıb

ABŞ-nin sabiq birinci xanımı Mişel Obama rəhbərlik etdiyi Girls Opportunity Alliance (Qızlar üçün İmkan Alyansı) təşəbbüsü çərçivəsində iqtisadi cəhətdən zəif bölgələrdəki qızların təhsilinə dəstək məqsədilə 2,5 milyon dollar vəsait ayırdığını elan edib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, yeni maliyyə dəstəyi dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən grassroots (yerli və icma əsaslı) təşkilatlara yönəldiləcək. Məqsəd, təhsildən kənarda qalan və ya təhsil almaqda çətinlik çəkən qızların məktəbə cəlb edilməsi, onlara sosial və təhsil imkanlarının yaradılmasıdır.

Mişel Obama bildirib ki, qızların təhsili təkcə onların həyatı üçün deyil, bütövlükdə cəmiyyətlərin inkişafı baxımından həlledici rol oynayır: “Qızlara təhsil vermək onların gələcəyinə deyil, bütün dünyanın gələcəyinə sərmayə qoymaq deməkdir.”

Qeyd edək ki, Girls Opportunity Alliance təşəbbüsü Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə də uzlaşır və təhsildə gender bərabərliyinin gücləndirilməsinə yönəlib.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox