Böyük Britaniyanın Təhsil naziri Sally Weale sosial mediada yayılan uşaq tərbiyəsi məsləhətlərinin böyük əksəriyyətinin keyfiyyətsiz olduğunu və valideynlərə yanlış məlumat verdiyini bildirib. Nazir bu fikrini ölkədə yeni başladılan "Best Start in Life" kampaniyasının təqdimatı zamanı açıqlayıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Sally Weale vurğulayıb sosial mediada dolaşan qeyri-peşəkar məsləhətlər valideynlərin uşaqların sağlam və düzgün inkişafı üçün lazım olan məlumatlara çatmasını çətinləşdirir. Nazir həmçinin valideynlərə yalnız etibarlı və peşəkar mənbələrdən məsləhət almağı tövsiyə edib.
"Best Start in Life" kampaniyası uşaqların erkən inkişafına dəstək vermək və valideynlər üçün doğru təlimatların təmin olunması məqsədilə hazırlanıb.