Şuşa şəhərində fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbin şagirdləri SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalının finalına vəsiqə qazanıblar.
AzEdu.az xəbər verir ki, 4-cü sinif şagirdləri olan Nilay Məmmədli və Dəniz Nəsirova “VinCigo” komandasında “Gələcəyin mühəndisləri” kateqoriyası üzrə yarışa qatılıblar.
Şagirdlər kateqoriya üzrə birinci seçim mərhələsində məntiqi və dünyagörüşə aid olan 90 sualın 76-sına düzgün cavab verərək finala keçmək hüququ qazanıblar.