Azedu.az

Alimlər kosmosda ən yüngül qaranlıq cismi tapdı

Xəbərlər

14 Oktyabr 2025, 09:59
Alimlər kosmosda ən yüngül qaranlıq cismi tapdı

Astronomlar kainatdakı ən yüngül qaranlıq obyektin izinə düşüblər

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, beynəlxalq astronomlar qrupu kainatdakı ən yüngül qaranlıq obyektin aşkar edildiyini açıqlayıb. Təxminən Günəşin kütləsinin 1 milyon dəfə az olduğu bildirilən bu obyekt ya çox kiçik ölçülü, aktiv olmayan bir cücə qalaktika, ya da nadir kosmik bir struktur ola bilər.

Tədqiqatçılar bu kəşfi kosmik teleskop və yerüstü müşahidə cihazları vasitəsilə həyata keçiriblər. Onların sözlərinə görə, belə obyektlərin tapılması kainatdakı qaranlıq maddənin paylanması və qalaktikaların formalaşması haqqında yeni məlumatlar verə bilər.

Ekspertlər, bu cür kəşflərin yalnız kosmosun tərkibini başa düşməkdə deyil, həm də gələcək tədqiqatlar üçün yeni istiqamətlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını vurğulayıblar.

Tədqiqatın nəticələri elmi jurnallarda dərc olunub və astronomiya sahəsində mütəxəssislər tərəfindən diqqətlə izlənilir.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox