Azedu.az

Alimlərdən xəbərdarlıq: ABŞ-də dağıdıcı zəlzələ ola bilər

Xəbərlər

14 Oktyabr 2025, 08:46
Alimlərdən xəbərdarlıq: ABŞ-də dağıdıcı zəlzələ ola bilər

ABŞ-nin Kaliforniya, Oreqon və Vaşinqton ştatlarının sahillərində tektonik plitələrdəki qırılmalar səbəbindən böyük zəlzələ baş verə bilər.

AzEdu.az xəbər verir ki, bu barədə "The New York Times" yerli alimlərə istinadən məlumat yayıb.

Məlumata görə, Kaliforniyadakı San Andreas yarma xətti boyunca tektonik risklər olduqca yüksəkdir. Həmçinin Kaskadiya subduksiya zonasındakı qırılma da mütəxəssisləri ciddi şəkildə narahat edir.

Alimlər bildiriblər ki, Xuan de Fuka tektonik plitəsi digər iki plitə arasında sıxılmış vəziyyətdədir və bu, böyük gərginlik yaradır. Mütəxəssislərin fikrincə, həmin gərginlik yaxın gələcəkdə yeni qırılmalara və güclü zəlzələyə səbəb ola bilər.

Xatırladaq ki, sentyabr ayında ABŞ-nin nəzarətində olan Aleut adaları yaxınlığında da zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Alyaskanın Nikolski kəndindən 87 kilometr cənub-qərbdə baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, maqnitudası isə 6.0 olub.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox