Oktyabrın 16-da saat 13:00-da Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşavirinin köməkçisi Tural Qafarlı Ankara universitetinin Tandoğan kampusunda yerləşən Aziz Şevket Kansu binasının konfrans salonunda bu universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşəcək.
AzEdu.az xəbər verir ki, görüşün məqsədi tələbələrlə yaxından tanış olmaq, onların təhsil və yaşayışla bağlı qarşılaşdıqları məsələləri müzakirə etmək, mövcud problemlərin həllinə dəstək göstərməkdir.
Tədbirdə həmçinin Ankara Universitetinin tələbə dekanlığı və beynəlxalq tələbə koordinatorluğunun əməkdaşları da iştirak edəcəklər.