Azedu.az

Kosmik hava proqnozu açıqlanıb

Xəbərlər

13 Oktyabr 2025, 16:36
Kosmik hava proqnozu açıqlanıb

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AzEdu.az-a bildirilib ki, oktyabrın 13-dən 20-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin tac dəliyi axınlarının təsiri ilə yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin mənfi qütblü tac dəliyi axınlarının və oktyabrın 1-də baş vermiş tac kütlə atılmalarının (TKA) təsiri ilə normadan yüksək qalacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-60 faiz, orta qütb dairələrində isə 45-50 faizdir.

Mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə oktyabrın 14-dək G1 səviyyəli zəif geomaqnit qasırğasının davam edəcəyi gözlənilir. Sonra isə oktyabrın 15-də TKA-nın Yerə çatması ilə geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı var. Həmçinin uzunmüddətli proqnozda 20 oktyabr üçün G1 səviyyəli geomaqnit qasırğası qeyd olunur.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox