Azedu.az

Sabah Yerdə maqnit qasırğası gözlənilir

Xəbərlər

13 Oktyabr 2025, 13:04
Sabah Yerdə maqnit qasırğası gözlənilir

Oktyabrın 13-də Yer kürəsində güclü geomaqnit aktivliyi müşahidə olunacaq. Mütəxəssislər bunun tam miqyaslı maqnit qasırğasına çevrilə biləcəyini bildirirlər.

AzEdu.az xəbər verir ki, Günəş astronomiyası laboratoriyasının məlumatına görə, maqnit qasırğasının başvermə ehtimalı 51 faiz təşkil edir ki, bu da kifayət qədər yüksək göstərici sayılır. Ümumi geomaqnit pozuntularının ehtimalı 35 faiz, sakit maqnit şəraitinin ehtimalı isə cəmi 14 faizdir.

Proqnoza əsasən, bu vəziyyət meteohəssas insanlarda narahatlıq yarada bilər. Qasırğa zamanı baş ağrısı, təzyiqin dəyişməsi, yuxu pozğunluğu və ümumi halsızlıq kimi əlamətlər müşahidə oluna bilər.

Mütəxəssislər insanlara stressdən uzaq durmağı, sağlamlıqlarına nəzarət etməyi və fiziki yüklənməni azaltmağı tövsiyə edirlər.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox