Azedu.az

Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

Xəbərlər

13 Oktyabr 2025, 12:56
Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

“Bu gün texnologiyalar artıq bir neçə nəsli qabaqlayıb. Biz elə bir mühit yaratmalıyıq ki, şagird və müəllimlərimiz “rəqəmsal nəsil” (“digital native”) kimi formalaşsınlar, yəni texnologiyalardan məqsədyönlü şəkildə istifadə etməyi bacaran, rəqəmsal bacarıqlara malik fərdlər kimi yetişsinlər”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “CBC Azərbaycan” kanalında yayımlanan “Davamlılıq və inkişaf" verilişində səsləndirib.

Onun sözlərinə görə, müəllimlər bu yeni texnologiyalardan düzgün istifadə etməyi öyrənməlidirlər ki, tədris prosesini şagird üçün həm daha maraqlı, həm də daha aktual etsinlər: “Təhsil mühitində, əlbəttə, mərkəzdə şagird və ya tələbə dayanır, lakin bütün prosesi idarə edən müəllimdir. Qəti şəkildə demək olar ki, heç bir texnologiya bu prosesdə insan amilini tam şəkildə əvəz edə bilməz. İndi şagirdlər artıq texnoloji bacarıqlarla doğulurlar. Belə bir uşaq məktəbə gəlib köhnə üsulla dərs keçildiyini görəndə tədris prosesi onun üçün maraqsız olur. Buna görə də müəllim məhz bu texnologiyalar vasitəsilə şagirdləri dərs prosesinə cəlb etməyi bacarmalıdır”.

V.Xanlarov qeyd edib ki, müasir dövrdə daha çox sosial və yaradıcılıq bacarıqları, qarşılıqlı ünsiyyət və informasiya təqdimetmə bacarıqları inkişaf etdirilməlidir: “Hazırda bir çox təhsil sistemlərində etik normalar məsələsi də ciddi şəkildə müzakirə olunur. Çünki bu gün süni intellektin imkanları, o cümlədən “deepfake” texnologiyalarının artması reallıqla saxtanı bir-birindən ayırmağı çətinləşdirir. Bu baxımdan süni intellektin istifadəsi ilə bağlı etik istiqamət təhsil prosesinin idarə olunması siyasətləri və prosedurlarının formalaşdırılmasında çox mühüm element hesab olunur”.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox