Azedu.az

Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

Xəbərlər

Şagirdlər

13 Oktyabr 2025, 11:27
Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

Riyaziyyat olimpiadasına hazırlıq üzrə aşağı yaş qrupu komandası üçün seçmə imtahan keçirilib

Azedu.az xəbər verir ki, cari tədris ilində riyaziyyat fənninə xüsusi maraq göstərən 8-9-cu sinif şagirdləri arasında olimpiadalara hazırlıq məqsədilə aşağı yaş qrupu komandasının formalaşdırılması üçün seçmə imtahanı təşkil olunub.

İmtahan 11 oktyabr tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə baş tutub. Seçmə mərhələyə əvvəlki tədris ilində Məktəblilərarası fənn müsabiqəsində riyaziyyat fənnindən qalib olmuş 7-ci sinif şagirdləri, eləcə də 5 oktyabrda keçirilən birinci mərhələdə 80 faiz və daha yüksək nəticə göstərmiş iştirakçılar dəvət olunublar.

169938

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox