Azedu.az

Ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib

Xəbərlər

13 Oktyabr 2025, 10:02
Ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib

Ötən həftə ərzində 211 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 41 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb, 5 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox