Azedu.az

17 yaşlı ana övladını bıçaqlayıb

Xəbərlər

11 Oktyabr 2025, 14:02
17 yaşlı ana övladını bıçaqlayıb

Rusiyanın Barnaul şəhərinin küçələrindən birində polietilen torbada körpə meyiti tapılıb.

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Altay diyarı üzrə İstintaq Komitəsi yayıb.

Bildirilib ki, 17 yaşlı Barnaul sakini hamiləlik faktını valideynlərindən gizlədib, uşağı dünyaya gətirəndən sonra ondan yaxa qurtarmaq qərarına gəlib. O, bu məqsədlə oğlunu bir neçə dəfə bıçaqlayıb, polietilen torbaya qoyaraq küçəyə atıb.

Artıq qız saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox