Paytaxtın Qaradağ rayonunda 16 yaşlı qızın 25 yaşlı şəxslə evləndirilməsi üçün görülən toy hazırlığının qarşısı polis əməkdaşları tərəfindən dayandırılıb.
AzEdu.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin sözlərinə görə, tərəflər polis idarəsinə dəvət olunaraq onlar ilə profilaktik söhbətlər aparılıb.
"Həmin məsələ ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Bu əməlin hüquqazidd hərəkət olması diqqətə çatdırılıb. Restoran sahibinə isə qanunauyğun qaydada xəbərdarlıq edilib. Onlar ilkin olaraq bildiriblər ki, toy deyil, övladlarının hərbi xidmətə yola salınması mərasiminə hazırlaşırlar. Hazırda məsələ diqqət mərkəzində saxlanılmaqla aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi təmin olunur", - açıqlamada bildirilib.