Azedu.az

Böyük Britaniyada 13 yaşlı uşaqlara rəqəmsal şəxsiyyət vəsiqəsi məcburi ola bilər

Xəbərlər

10 Oktyabr 2025, 17:24
Böyük Britaniyada 13 yaşlı uşaqlara rəqəmsal şəxsiyyət vəsiqəsi məcburi ola bilər

Böyük Britaniyada 13 yaşdan etibarən uşaqların rəqəmsal şəxsiyyət vəsiqəsi (Digital ID) ilə təmin olunması təşəbbüsü ölkə daxilində geniş ictimai və siyasi müzakirələrə səbəb olub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, təklifin əsas müdafiəçilərindən biri olan Əmək Partiyasının nümayəndəsi Yvette Cooper, bu tədbirin uşaqların rəqəmsal təhlükəsizliyini təmin edəcəyini və onlayn mühitdə şəxsiyyətin yoxlanmasını asanlaşdıracağını bildirib. Onun sözlərinə görə, bu sistem həm də uşaq istismarı və kibercinayətkarlıqla mübarizədə effektiv vasitə ola bilər.

Lakin təşəbbüs tənqidlərdən də yayınmayıb. Liberal Demokratlar rəqəmsal şəxsiyyət kartlarının tətbiqini dövlət nəzarətinin artması kimi qiymətləndirərək, bunun şəxsi məlumatların məxfiliyinə təhlükə yaradacağını bildiriblər. Partiyanın nümayəndələri qeyd ediblər ki, bu cür yanaşma azyaşlıların fərdi azadlıqlarını məhdudlaşdıra və gələcəkdə sui-istifadə hallarına yol aça bilər.

Hazırda bu məsələ parlamentdə ilkin mərhələdə müzakirə olunur. Qanun layihəsi təsdiqlənəcəyi təqdirdə, 2026-cı ildən etibarən bütün 13 yaşlı uşaqlar üçün rəqəmsal şəxsiyyət vəsiqəsi məcburi ola bilər.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox