Azedu.az

Universitet təhsil ekspertini məhkəməyə verəcək

Xəbərlər

Təhsil ekspertləri

Universitetlər

10 Oktyabr 2025, 15:05
Universitet təhsil ekspertini məhkəməyə verəcək

Qərbi Kaspi Universiteti təhsil eksperti Kamran Əsədovun sosial mediada və mətbuatda yayılan paylaşımlarına münasibət bildirib.

Universitetdən AzEdu.az-a daxil olan məlumatda ali təhsil müəssisəsi iddia edir ki, yayılan yazılarda ali təhsil müəssisəsi “cinayət tərkibi yaradan saxtakarlıqda” əsassız şəkildə ittiham edilir.

Açıqlamada bildirilir ki, Kamran Əsədov bu iddiaları irəli sürərkən Qərbi Kaspi Universiteti ilə əlaqə saxlamayıb, qaldırdığı məsələlərə dair dəqiqləşdirmə və ya rəsmi məlumat almaq üçün heç bir cəhd göstərməyib.

“O, öz şəxsi mülahizələri əsasında Universitetləri, o cümlədən Qərbi Kaspi Universitetini cinayətdə ittiham edib. Bu cür əsassız ittihamlar məhkəməyə təkzib və üzr istəmə müraciəti üçün deyil, xüsusi ittihamla cinayət işinin qaldırılması tələbinə əsas yaradır”, - məlumatda vurğulanır.

Universitetdən əlavə olunub ki, əgər Kamran Əsədov irəli sürdüyü iddiaların əsassız olduğunu etiraf edib üzr istəməzsə, onlar qanunvericiliyin verdiyi hüquqlardan istifadə etmək niyyətindədir.

Xatırladaq ki, təhsil eksperti Kamran Əsədov Qərbi Kaspi Universitetinin onunla bağlı yaydığı açıqlamaya münasibət bildirərkən öz mövqeyində qalaraq, irəli sürdüyü tənqidlərin faktlara əsaslandığını qeyd edib.

“Mənim tənqidim arqumentlidir, sübutludur və davam edəcək. Əgər "qovulub", "reket" kimi yalan ifadələr üçün üzr istəməsəniz, mən bu məsələni həm məhkəməyə, həm də mediaya çıxaracağam”, - Kamran Əsədov bildirib.

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox