Azedu.az

Nazir bu kollecə yeni direktor təyin etdi

Xəbərlər

9 Oktyabr 2025, 20:46
Nazir bu kollecə yeni direktor təyin etdi

ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib.

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, İ.Hacıyev adına "Tərəqqi" Texniki-Humanitar Liseyinin direktoru professor Nasim Abışov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinə direktor təyin edilib. O, "Tərəqqi" liseyində 2018-ci ildən direktor vəzifəsində çalışırdı.

Qeyd edək ki, bu ilin sentyabr ayında Sənaye və Texnologiya Kollecinin əvvəlki direktoru Faiq Şahbazlı təqaüd yaşına çatması ilə əlaqədar vəzifəsindən azad olunub.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox