025-ci ilin yanvar ayından etibarən İngiltərədə özəl məktəb haqlarına Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqi nəticəsində bəzi özəl təhsil müəssisələrində şagird sayı əhəmiyyətli dərəcədə azalıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə Şotlandiyada yerləşən bir sıra özəl məktəblərdə qeydiyyat göstəricilərində 10%-ə qədər azalma qeydə alınıb. Ekspertlər hesab edirlər ki, ƏDV tətbiqi valideynlərin maddi yükünü artırdığından, bir çox ailə uşaqlarını dövlət məktəblərinə yönləndirmək məcburiyyətində qalıb.