Azedu.az

Xalq artisti Əminə Yusifqızı vəfat edib

Xəbərlər

9 Oktyabr 2025, 15:01
Xalq artisti Əminə Yusifqızı vəfat edib

Xalq artisti Əminə Yusifqızı vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə "Report"a 89 yaşlı mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Əminə Yusifqızı 1936-cı ildə Bakıda dünyaya gəlib.

1958-1974-cü illərdə Akademik Milli Dram Teatrında çalışıb.

1974-cü ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında dublyaj və səsləndirmə sahəsində çalışan Əminə Yusifqızı 200-dən çox filmdə səsləndirmə edib.

O, "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. kimi filmlərdə və televiziya tamaşalarında da rol alıb.

2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əminə Yusifqızı Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox