ABŞ-də aparılan son araşdırma ölkə üzrə 8-ci sinif şagirdlərinin riyaziyyat bilik səviyyəsinin ciddi şəkildə zəiflədiyini göstərib.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, nəticələrə əsasən, bu yaş qrupunun təxminən 75 faizi fənn üzrə tələb olunan baza göstəricilərinə cavab vermir.
Ekspertlər bu vəziyyətin səbəblərini pandemiyadan sonra təhsil sistemində yaranan boşluqlarla, həmçinin K–12 səviyyəsində riyaziyyat tədrisinin keyfiyyətinin zəifləməsi ilə əlaqələndirirlər.
Siyasətçi və sahibkar Vivek Ramasvami məsələ ilə bağlı açıqlamasında bildirib ki, Çin şagirdləri riyaziyyat üzrə ABŞ-dəki həmyaşıdlarından təxminən dörd il irəlidədirlər. Onun sözlərinə görə, bu fərq ABŞ-də təhsil islahatlarının vacibliyini bir daha ortaya qoyur.