Gəncə şəhərində 9-cu sinif şagirdi itkin düşüb.
AzEdu.az Oxu.AZ-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü Elşən Alıməmmədov oktyabrın 8-də yaşadıqları evdən hazırlıq adı ilə çıxıb. Bundan sonra məktəblidən xəbər olmayıb.
Qeyd edək ki E. Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir.
Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.