Azedu.az

Şəki-Zaqatala RTİ-nin 21 müəllimi təltif edilib

Xəbərlər

9 Oktyabr 2025, 12:34
Şəki-Zaqatala RTİ-nin 21 müəllimi təltif edilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil işçiləri təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsində əldə etdikləri yüksək nailiyyətlərə görə Elm və Təhsil nazirinin müvafiq əmri ilə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunublar.

AzEdu.az xəbər verir ki, əmrə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə:

5 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə,

16 nəfər isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif edilib.

Təltif edilən təhsil işçilərini səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox