Azedu.az

Hindistanda 20 uşağın ölümünə səbəb olan dərman şirkətinun sahibi saxlanıldı

Xəbərlər

9 Oktyabr 2025, 11:24
Hindistanda 20 uşağın ölümünə səbəb olan dərman şirkətinun sahibi saxlanıldı

Hindistanın Madhya-Pradeş ştatında ən azı 20 uşağın ölümünə səbəb olan "Coldrif" öskürək siropunu istehsal edən "Sresan Pharma" şirkətinin sahibi saxlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Müəssisədə aparılan yoxlama zamanı sirop nümunələrində qətran, boya, lak, mürəkkəb və yapışqan istehsalında istifadə olunan toksik komponent dietilenqlikol aşkar edilib. Şirkətin dərman vasitəsinə icazə verilən 0,1% həddi əvəzinə 46-48% zəhərli maddə əlavə etdiyi müəyyən edilib.

Şirkətin sahibinə qarşı istehsal qaydalarının kobud şəkildə pozulması, xammal və komponentlərin yoxlama standartlarına uyğun olmaması, həmçinin təhlükəli dərmanın yayılmasında mümkün iştirakına dair ittihamlar irəli sürülüb. Tamilnad ştatında yerləşən farmasevtik müəssisənin fəaliyyəti dayandırılıb, şirkətin lisenziyası ləğv edilib. Hindistanın doqquz ştatında "Coldrif" siropunun satışı qadağan edilib.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox