Azedu.az

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk konfransı keçiriləcək

Xəbərlər

9 Oktyabr 2025, 10:49
ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk konfransı keçiriləcək

2025-ci il 21–23 oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq əhəmiyyətli elmi tədbirə ev sahibliyi edəcək. “RİSK-2025” – 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı “İnfrastruktur sistemlərinin risk yönümlü dizaynı və işləməsi: davamlılıq paradiqması” mövzusuna həsr olunub.

AzEdu.az xəbər verir ki, konfrans “AMİR Technical Services” şirkəti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ABŞ-nin Qnedenko Forumu – Dayanıqlılıq üzrə Beynəlxalq Qrup, Beynəlxalq Suvarma və Drenaj Komissiyası (ICID) və İtaliyanın Milan Politexnik Universiteti tərəfindən birgə təşkil olunur.

Konfransın əsas məqsədi iqlim dəyişiklikləri, texnogen və təbii risklər fonunda infrastruktur sistemlərinin təhlükəsizliyi və davamlı inkişafını müzakirə etmək, eləcə də kritik infrastrukturların risk yönümlü layihələndirilməsi və istismarı sahəsində qabaqcıl bilik və beynəlxalq təcrübə mübadiləsini təmin etməkdir.

“RİSK-2025” konfransı çərçivəsində həmçinin “Yaşıl Planet 2060” təşəbbüsü və onun əsas prioritetləri – iqlim və texnogen risklərin azaldılması üzrə beynəlxalq əməkdaşlıq, davamlı və ağıllı infrastruktur strategiyalarının işlənməsi geniş müzakirə olunacaq.

Qeyd edək ki, konfrans COP29-un qərar və tövsiyələrini nəzərə alaraq, dayanıqlı inkişaf, risklərin idarə olunması, innovasiya və ictimai iştirakçılığın artırılması sahələrində beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsini təşviq edir. Tədbir həmçinin Azərbaycanın qədim qonaqpərvərlik ənənələrini, zəngin mədəniyyətini, dini-mənəvi dəyərlərini və elmi potensialını beynəlxalq auditoriyaya nümayiş etdirmək üçün unikal imkan yaradacaq.

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox