Azedu.az

Meşə yanğınlarının insanlara təsiri düşündüyümüzdən daha təhlükəlidir

Xəbərlər

9 Oktyabr 2025, 09:53
Meşə yanğınlarının insanlara təsiri düşündüyümüzdən daha təhlükəlidir

Yeni elmi araşdırmalar göstərir ki, meşə yanğınlarının yaratdığı tüstü təkcə ekoloji deyil, həm də ciddi sağlamlıq böhranına çevrilə bilər.

AzEdu.az xəbər verir ki, ABŞ-də aparılan son tədqiqatın nəticələrinə əsasən, 2050-ci ilə qədər meşə yanğınları nəticəsində yaranan tüstü ildə təxminən 71 min insanın ölümünə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, bu rəqəm iqlim dəyişikliyi və artan istiləşmə ilə bağlı yanğınların sayının çoxalması nəticəsində daha da yüksələ bilər. Yanğınlardan əmələ gələn tüstü tənəffüs yollarına ciddi təsir göstərir, ürək və ağciyər xəstəliklərinin riskini artırır.

Araşdırma müəllifləri qeyd edirlər ki, tüstünün tərkibindəki mikroskopik hissəciklər şəhərlərdə havanın keyfiyyətini aşağı salır və xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün həyati təhlükə yaradır.

Ekspertlər hesab edirlər ki, gələcəkdə meşə yanğınlarının qarşısını almaq və insanların sağlamlığını qorumaq

KRİTİK GÖRÜŞ! İlham Əliyevlə Putin bir araya gəlir
Son xəbərlərDaha çox