Azedu.az

Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş

Xəbərlər

8 Oktyabr 2025, 18:55
Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş

 

Gəncədə qətlə yetirilən 16 yaşlı məktəbli polkovnik-leytenantın oğlu imiş. 

AzEdu.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, öldürülən Vaqif Rəfibəylinin atası Rövşən Rəfibəyli uzun illər ədliyyə sistemində çalışıb.

Polkovnik-leytenant rütbəsi ilə xidmət etmiş R.Rəfibəyli Gəncə şəhərindəki istintaq təcridxanalarından birində rejim rəisi olub. Bu yaxınlarda yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, hadisənin 18 yaşlı R.Cəfərov tərəfindən törədildiyi bildirilir. Polis onun tutulması istiqamətində əməliyyat tədbirləri aparır. Hələ ki, hadisənin baş vermə səbəbi açıqlanmayıb.

 

 

Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı
Son xəbərlərDaha çox