Azedu.az

Hindistanın bəzi bölgələrində məktəblər müvəqqəti bağlanıb

Xəbərlər

8 Oktyabr 2025, 16:41
Hindistanın bəzi bölgələrində məktəblər müvəqqəti bağlanıb

Hindistanın Darjeeling bölgəsində yağan aramsız yağışlar və baş verən torpaq sürüşmələri nəticəsində bütün məktəb və kollec müəssisələri 8-10 oktyabr tarixlərində müvəqqəti olaraq bağlanıb. Qərar yerli hakimiyyət orqanları tərəfindən əhalinin və xüsusilə məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədilə verilib.

AzEdu.az xəbər verir ki, hazırda bölgədə fövqəladə hava şəraiti ilə bağlı xəbərdarlıqlar qüvvədədir və müvafiq qurumlar təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə məlumatları hava şəraitinə uyğun olaraq açıqlayacaq.

Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı
Son xəbərlərDaha çox