Azedu.az

İnstitutların birləşdirilməsi universitetlərin elmi fəaliyyətinə təkan verəcək

Xəbərlər

8 Oktyabr 2025, 13:55
İnstitutların birləşdirilməsi universitetlərin elmi fəaliyyətinə təkan verəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması haqqında” qərar verib. Qərara əsasən, Azərbaycanda elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır, bu məqsədlə bir sıra institutlar birləşdirilərək yeni elmi qurumlar yaradılıb. Eyni zamanda, bəzi institutların tabeliyi dəyişdirilərək müxtəlif dövlət universitetlərinin tərkibinə verilib.

Bu qərarın hansı üstünlükləri olacaq?

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov danışıb. 

Açıklama yok.

O, bildirib ki, bəzi qurumların universitetlərin tabeliyinə verilməsi həmin universitetlərin elmi-texniki fəaliyyətinə təkan verəcək:

"Bu addımla bağlı ilin əvvəlindən hazırlıqlar aparılırdı. 2026-cı ildən etibarən yeni strukturda bu qurumların fəaliyyəti nəzərdə tutulurdu. Artıq elmi tədqiqatların optimallaşdırılması, bənzər istiqamətlərdə fəaliyyət göstərən Milli Elmlər Akademiyasından daha əvvəl Elm və Təhsil Nazirliyinə birləşdirilmiş qurumların daha da optimallaşdırılması, elmi tədqiqatların keyfiyyətinin artırılması və koordinasiyası məqsədilə bu addım atılıb.

Bu, alqışlanacaq bir addımdır. Xüsusilə bəzi qurumların universitetlərin tabeliyinə verilməsi həmin universitetlərin elmi-texniki fəaliyyətinə təkan verəcək. Həmçinin bu dəyişiklik universitetlərin reytinqlərinə də müsbət təsir göstərəcək".

Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı
Son xəbərlərDaha çox