Ölkəmizdə ümumtəhsil müəssisələrində əsas xarici dil olaraq ingilis və rus dilləri tədris olunur. Lakin bu dillərlə yanaşı, bir sıra təhsil müəssisəsində digər xarici dillərə də önəm verilir.
Görəsən, neçə ümumtəhsil müəssisəsində xarici dil kimi ingilis və rus dilləri əvəzinə alman, fransız və digər dillər tədris olunur?
AzEdu.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, ölkə üzrə 597 ümumtəhsil müəssisəsində ingilis və rus dilləri ilə yanaşı digər xarici dillər də tədris edilir.