Azedu.az

Təhsildə sərmayəçilik və kommersiyalaşma mövzusu tənqid olunur

Xəbərlər

8 Oktyabr 2025, 10:42
Təhsildə sərmayəçilik və kommersiyalaşma mövzusu tənqid olunur

Son illər dünya miqyasında ali təhsildə özəl sərmayələrin artması ciddi müzakirələrə səbəb olub. Təhsil sahəsinə milyardlarla dollar investisiya qoyan beynəlxalq fondlar və özəl şirkətlərin məqsədi getdikcə sual altına düşür.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Financial Times nəşri bu tendensiyanı “təhsilin kommersiyalaşması” kimi dəyərləndirir. Məlumatda bildirilir ki, CVC Capital Partners kimi iri investisiya fondları son illərdə Avropa və Asiyada bir çox özəl universitet və kurs platformalarını satın alaraq təhsili gəlir mənbəyinə çevirməyə başlayıblar.

Ekspertlər hesab edirlər ki, təhsilin kommersiyalaşması onun əsas məqsədi olan bilik, sosial bərabərlik və inkişaf missiyasını arxa plana keçirir. Universitetlərin bir çoxunda artıq akademik keyfiyyət və elmi fəaliyyətə deyil, tələbə cəlbi və mənfəət göstəricilərinə üstünlük verildiyi vurğulanır.

Məqalədə qeyd olunur ki, təhsil müəssisələrində “investor marağı” ilə “ictimai məsuliyyət” arasında balans tapılmadıqda, bu, həm tədrisin keyfiyyətinə, həm də tələbə rifahına mənfi təsir göstərir.

Bəzi ekspertlər hesab edirlər ki, kommersiyalaşma təhsildə innovasiyaları sürətləndirə bilər, lakin bu proses şəffaf və dövlət nəzarəti altında aparılmadıqda sosial bərabərsizlik risklərini artırır.

Hesabatda vurğulanır ki, yaxın illərdə dünyanın bir çox ölkəsində ali təhsil bazarının dəyərinin 500 milyard dollara çatacağı proqnozlaşdırılır. Bu isə təhsilin sosial dəyərindən çox iqtisadi ölçülərlə qiymətləndirilməsi təhlükəsini gündəmə gətirir.

ŞOK İDDİA! Putin rus deyil, 2 türk oğlu var
Son xəbərlərDaha çox