Azedu.az

Əmək Günü münasibətilə tədbirlər təşkil edilib

Xəbərlər

8 Oktyabr 2025, 10:13
Əmək Günü münasibətilə tədbirlər təşkil edilib

7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzv təşkilatlarının xidmətinə daxil olan müəssisə və təşkilatlarda, həmkarlar ittifaqı fəallarının və işəgötürən nümayəndələrinin iştirakı ilə bir sıra maarifləndirici tədbirlər təşkil olunub.

AzEdu.az xəbər verir ki, tədbirlər zamanı iştirakçılara “layiqli əmək” anlayışının mahiyyəti, onun əsas prinsipləri, işçilərin hüquqlarının müdafiəsi, sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, eləcə də sosial ədalətin və sosial dialoqun əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Keçirilən görüşlər əmək münasibətlərinin təkmilləşdirilməsi, ittifaq üzvü olan təhsil işçilərinin təhlükəsiz iş şəraitində çalışmaları üçün şəraitin təşkil edilməsi, sosial tərəfdaşlıq ənənələrinin möhkəmləndirilməsi və işçilərin hüquqi biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumdünya Layiqli Əmək Günü ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) tərəfindən təsis edilib və həmin vaxtdan etibarən dünyanın bir çox ölkəsində əmək hüquqlarının qorunması, işçilərin rifahının yaxşılaşdırılması və ədalətli iş şəraitinin təmin edilməsi məqsədilə qeyd olunur.

Qeyd edək ki, “WageIndicator Foundation” beynəlxalq araşdırmalar mərkəzinin 2024-cü il üzrə hesabatında Azərbaycan layiqli əməyə çıxış imkanlarına görə Qafqaz və Mərkəzi Asiya regionunda ən yüksək nəticə göstərərək 100 baldan 90,5 bal toplayıb.

ŞOK İDDİA! Putin rus deyil, 2 türk oğlu var
Son xəbərlərDaha çox