Hindistanın Universitet Qrantlar Komissiyası 2025-2026-cı tədris ili üçün 101 universitetə Açıq və Məsafədən Öyrənmə proqramlarını həyata keçirməyə icazə verib. Bununla yanaşı, 113 universitetə də onlayn təhsil kursları təklif etmək hüququ tanınıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar Hindistanda ali təhsilin əlçatanlığını artırmaq və daha geniş tələbə kütləsinin təhsilə cəlb olunmasını təmin etmək məqsədi daşıyır. ODL və onlayn proqramlar xüsusilə işləyən şəxslər, uzaq bölgələrdə yaşayan tələbələr və tam zamanlı təhsil alma imkanı olmayanlar üçün mühüm fürsət sayılır.
Hazırda Hindistan ali təhsil sistemoeokki bu sahədə rəqəmsallaşmanı genişləndirməyi və inklüzivliyi artırmağı hədəfləyir.