Azedu.az

Uşağı “çöpçüyə’”aparmaq ani ölümlə nəticələnə bilər - pediatrdan XƏBƏRDARLIQ

Xəbərlər

7 Oktyabr 2025, 17:11
Uşağı “çöpçüyə’”aparmaq ani ölümlə nəticələnə bilər - pediatrdan XƏBƏRDARLIQ

Valideyn uşağı "çöpçüyə" aparanda, həm onu digər daha təhlükəli infeksiyalara məruz qoymuş olur, həmdə çöpçü uşağın burnuna üfürərkən burundakı bu yad cisim ani olaraq yuxarı tənəffüs yollarına düşərək boğulma, obstruksiya və nəticədə körpənin ani ölümünə səbəb ola bilər.

Bu fikirləri AzEdu.az-a pediatr Günay Rəsulova söyləyib.

O, bildirib ki, yad cismi steril şəraitdə,uyğun üsullarla həkim-mütəxəssis xaric etməlidir:

“Uşağın "gözü balacalaşıb", çöpü qalıb, iştahsızdır, qızdırma, qusma, ishal, səpgi, öskürək və digər simptomlar olsa belə, bu, uşağı "çöpçüyə" apararaq ciddi təhlükəyə məruz qoymağa əsas vermir. Belə ki, "çöpçü" uşağın nəfəs yollarına üfürərək, onu bütün növ hava-damcı infeksiyalarına məruz qoyur ki, bu da körpənin həyatı üçün çox təhlükəlidir".

Valideyn fərq etməz və uşağı həkimə aparmazsa, bir neçə gün sonra yad cisim yerləşdiyi yerdə iltihablaşa bilər, bədən hərarəti yüksələ, burundan irinli və pis qoxulu ifrazat əmələ gələ bilər:

"“Çöp”, yəni yad cisim, uşaqların yuxarı tənəffüs yollarına (bəzən qida borusuna və s.) düşə bilər. Əlamətləri isə buruna düşmüş yad cisim zamanı uşaqda anidən ard-arda asqırma və burundan ifrazat axması ilə özünü göstərir. Valideyn bunu görüb uşağı həkimə aparmasa, bir neçə gün ərzində yad cisim yerləşdiyi yerdə iltihab yaranır, vəziyyət ağırlaşır.

Körpə belə vəziyyətdə “çöpçüyə” aparılarsa, həm digər təhlükəli infeksiyalara məruz qalır, həm də çöpçü buruna üfürərkən yad cisim ani olaraq yuxarı tənəffüs yollarına düşə bilər ki, bu da boğulma, obstruksiya və nəticədə ani ölümlə nəticələnə bilər.

Yad cisim yuxarı və aşağı tənəffüs yollarına (qırtlaq, traxeya, bronxlar) düşdükdə uşaqda ani və fasiləsiz öskürək, boğulma, göyərmə halları müşahidə olunur. Belə hallarda yad cisim yalnız steril şəraitdə və uyğun üsullarla həkim-mütəxəssis (QBB həkimi və ya uşaq cərrahı) tərəfindən çıxarılmalıdır".

Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ
Son xəbərlərDaha çox