Azedu.az

“Emosional və sosial zəka” mövzusunda təlim təşkil olunub

Dövlət İmtahan Mərkəzi (DİM)

7 Oktyabr 2025, 14:39
“Emosional və sosial zəka” mövzusunda təlim təşkil olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2025-ci il tarixində təlimçi Anar Həsənov tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Emosional və sosial zəka” mövzusunda distant formada təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı iştirakçılara emosiyalar və onun başa düşülməsi, Emosional intellekt nədir? Emosional İntellekt (EQ) və Koqnitiv İntellekt (IQ), emosional vəziyyətin korreksiyaları, öz emosiyalarının başa düşülməsi, başqalarının emosiyalarının başa düşülməsi və təsir bacarıqları, doğru ünsiyyət bacarıqları, neqativ emosiyalar ilə işləmə bacarığı, və s. məsələlər barədə ətraflı məlumat verilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox