Azedu.az

Ay Yer kürəsindən uzaqlaşır

Xəbərlər

7 Oktyabr 2025, 08:43
Ay Yer kürəsindən uzaqlaşır

Son elmi tədqiqatlar göstərir ki, Ay hər il çox yavaş templə də olsa, Yer kürəsindən uzaqlaşır.

AzEdu.az xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, Ay hər il Yerdən təxminən 3-4 santimetr uzaqlaşır.

Alimlər bu hadisəni əsasən qabarma-çəkilmə qüvvələri ilə izah edirlər. Ayın cazibəsi okeanlarda və quruda qabarma və çəkilmələr yaradır, bu da zamanla Yerin fırlanma sürətini azaldır. Yerin fırlanmasından yaranan enerji isə tədricən Aya ötürülür, nəticədə Ayın orbitinin ölçüsü böyüyür və o, Yerdən bir qədər uzaqlaşır.

Ekspertlərin fikrincə, bu dəyişiklik insan ömrü ərzində nəzərə çarpacaq qədər böyük olmasa da, uzunmüddətli kosmik miqyasda Ayın mövqeyi və Yerin dinamikası üzərində əhəmiyyətli təsir göstərə bilər.

Rusiya sərsəmlədi - Bakını Ukraynanın taleyi gözləyir
Son xəbərlərDaha çox