Azedu.az

ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü başa çatıb

Xəbərlər

6 Oktyabr 2025, 17:57
ADNSU-da birinci kurs tələbələri ilə tanışlıq görüşü başa çatıb

Oktyabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika, İqtisadiyyat və menecment, həmçinin İnformasiya texnologiyaları və idarəetmə fakültələrinin birinci kurs tələbələri ilə tanışlıq görüşü başa çatıb.

AzEdu.az xəbər verir ki, görüşdə müvafiq fakültələrin dekanları – dosent Aydın Əliyev, dosent İlham Rüstəmov və dosent Fərid Ağayev çıxış edərək fakültələrin fəaliyyəti, tədris və elmi istiqamətləri, təhsil prosesində tətbiq olunan metodlar və resurslar barədə ətraflı məlumat veriblər.

Tədbirdə həmçinin Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev və ADNSU Tələbə Gənclər Təşkilatının sədri İntiqam Quliyev çıxış ediblər. Onlar universitetdə fəaliyyət göstərən mərkəzlər, yeni layihələr və bu layihələrdə tələbələrin fəal iştirakı, ixtisaslaşdırılmış dərnəklər, tələbə mobilliyi imkanları və digər informasiya resurslarının əlçatanlığı barədə tələbələrə geniş məlumat veriblər.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum
Son xəbərlərDaha çox