Azərbaycan məktəblərində siniflərdə şagird sayı region və məktəb tipindən asılı olaraq dəyişir. Şəhər məktəblərində orta sinif ölçüsü 25-30 şagird, kənd məktəblərində isə 15-20 şagirddir.
AzEdu.az-ın araşdırmasına görə, xarici ölkələrdə vəziyyət fərqlidir.
Məsələn, Finlandiyada və Estoniyada bir sinifdə təxminən 17-18 şagird olur, Almaniya və Kanadada 20-25, Birləşmiş Krallıqda isə 27 şagird qeyd edilir. Çində siniflər daha sıx olub, 35-37 şagird bir sinifdə təhsil alır.
Araşdırmalar göstərir ki, kiçik sinif ölçüləri müəllimlərə şagirdlərə fərdi yanaşma imkanı verir və təhsil keyfiyyətini artırır. Böyük siniflərdə isə müəllimlərin hər bir şagirdə diqqət ayırması çətinləşir.