Azedu.az

Sağlamlıq imkanları məhdud uşaqlar üçün seminar və təlimlərə başlanılıb

Xəbərlər

6 Oktyabr 2025, 16:59
Sağlamlıq imkanları məhdud uşaqlar üçün seminar və təlimlərə başlanılıb

Sağlamlıq imkanları məhdud uşaqlara keyfiyyətli təhsil imkanlarının yaradılması və bu sahədə çalışan müəllimlərin səriştələrinin artırılması məqsədilə 6–10 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində 5 günlük maarifləndirici seminarlar, 6–9 oktyabrda isə Bakı Slavyan Universitetində 4 günlük təlimlərə start verilib.

AzEdu.az xəbər verir ki, tədbirlərdə sağlamlıq imkanları məhdud uşaqların yaşayış yerlərinə yaxın ərazidə təhsil alması üçün görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, bu təşəbbüs həmin kateqoriyadan olan uşaqların tipik inkişaf edən həmyaşıdları ilə eyni sinif və ya məktəbdə təhsil almasına şərait yaradır.

Qeyd edək ki, hazırda Bakı şəhərində 10 məktəbəqədər təhsil müəssisəsində xüsusi qruplar fəaliyyət göstərir. Bundan əlavə, 41 ümumi təhsil məktəbində inklüziv, 60 məktəbdə isə inteqrasiyalı təhsil həyata keçirilir.

İlkin mərhələdə proqramda paytaxtın 15 inteqrasiya təlimli məktəbinin xüsusi siniflərində çalışan 30 pedaqoq iştirak edir.

Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum
Son xəbərlərDaha çox