6 məzunu Prezident təqaüdünə layiq görülüb.
Bu barədə AzEdu.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə 2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında ölkə başçısının Sərəncamına əsasən, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları bu yüksək təqaüdə layiq görülüblər.