Azedu.az

"Sertifikasiyada uğursuz olan müəllimlər qınağa deyil, dəstəyə layiqdir"

Xəbərlər

6 Oktyabr 2025, 13:57
"Sertifikasiyada uğursuz olan müəllimlər qınağa deyil, dəstəyə layiqdir"

Elm və Təhsil Nazirliyi sertifikasiyadan kəsilən və ya aşağı nəticə göstərən müəllimlərə ikinci şans verir. Lakin cəmiyyətdə bu yanaşma birmənalı qarşılanmır; həmin müəllimlər tez bir zamanda qınaq obyektinə çevrilir və savadsız kimi təqdim olunurlar.

Cəmiyyətin bu məsələyə münasibəti dəyişməlidirmi?

AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev mövzu ilə bağlı danışıb.

169467Müsahibimiz bildirib ki, sertifikasiyadan kəsilən müəllimlərə əsasən məktəbdə saxlanmaları üçün yenidən şans verilir:

"Elm və Təhsilin Nazirliyinin sertifikasiyadan kəsilən müəllimlərə ikinci şans verməsinin əsas məqsədlərindən biri budur ki, müəllimlərə verilən dəyər və onun hər hansı texniki səbəbdən, yaxud müəllimin halı və vəziyyəti ilə əlaqədar, həmçinin sağlamlıqla bağlı problemlərdən dolayı aşağı bal toplayanların qarşısı alınsın. Müəllimlər əsasən məktəbdə saxlanmaq üçün yenidən şans verilir.

Bu şansdan istifadə edənlər həm üzərində yenidən çalışırlar, həm də ola bilsin ki, elementar səhvlər nəticəsində aşağı bal toplayanların halı pis ola bilər və ya digər şəxsi problemləri ola bilər. Bu kimi məsələlərin mənfi təhsil nəticələrinə səbəb olmaması üçün onlar yenidən imtahama cəlb olunurlar. İkinci dəfə imtahandan kəsilənlərin isə əmək müqaviləsinə xitam verilir".

Düşünürəm ki, cəmiyyət bunu normal şəkildə qarşılamalıdır:

"Elm və təhsillə məşğul olan insanlar da sertifikasiyalardan məlumatlıdırlar. Ona görə düşünürəm ki, bu, qınağa səbəb olmamalıdır, əksinə, bu kimi halların olmaması üçün dəstək göstərilməlidir. Cəmiyyətdə təbii ki, bundan bağlı münasibətin dəyişməsi, müəllimə hörmətin artırılması üçün müəyyən işlər görülür və təbii ki, bu işlər azdır.

Yenə də müəllim həm cəmiyyəti formalaşdıran bir üzv kimi, həm də cəmiyyətin bir üzvü kimi diqqətə və qayğıya layiqdir. Dövlət səviyyəsində, həmçinin məktəb səviyyəsində, ən azından cəmiyyət səviyyəsində vacibdir ki, bütün cəmiyyətimiz bərabər şəkildə inkişaf etsin".

Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum
Son xəbərlərDaha çox