Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən 2 oktyabr tarixində məktəbdaxili metodistlər, aparıcı və baş metodistlərlə onlayn görüş keçirilib.
AzEdu.az xəbər verir ki, ARTİ-nin Metodik Dəstək Mərkəzinin heyəti, baş metodistlər, aparıcı metodistlər və məktəbdaxili metodistlər olmaqla 350 nəfər iştirak edib.
Görüşdə metodik xidmətin fəaliyyətinin keyfiyyətinin artırılması və müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi əsas müzakirə mövzusu olub. Görüş zamanı metodistlərin metodiki bacarıqları və peşəkar inkişafı istiqamətində metodik və pedaqoji yanaşmalar, təhsil prosesinin təşkili, metodik fəaliyyətinin idarə edilməsi, təşkilati, pedaqoji heyətin işinin təşkili, bacarıqların ölçülməsi, kvalifikasiyanın artırılması, mənimsəmənin qiymətləndirilməsi və şagird nəticələrinin yaxşılaşdırılması, eləcə də pedaqoji heyətin təlim ehtiyaclarının müəyyən edilməsi mövzusunda təşkil ediləcək silsilə vebinarlar haqqında məlumat verilib. Eyni zamanda görüşdə metodistlərə faəliyyət planı nümunəsi təqdim edilib, müəllimlərlə metodik işin qurulmasının mərhələləri izah olunub, müəllim inkişaf portalı haqqında məlumatlar verilib və müvafiq suallar cavablandırılıb.
Qeyd edək ki, metodistlərin peşəkar inkişafı istiqamətində təlim, seminar və görüşlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.