Prezident İlham Əliyevin sərəncamına əsasən, 2025–2026-cı tədris ili üçün tələbə qəbulu imtahanlarında ən yüksək nəticə göstərmiş 102 gənc Prezident təqaüdünə layiq görülüb.
Təqaüdün məbləği hazırda 350 manatdır.
Prezident təqaüdü cari tədris ilinin birinci semestri üçün təyin olunur və bu müddətdən sonra həmin gənclərə təqaüdün verilməsinin davam etdirilməsi haqqında qərar onların təhsildəki göstəricilərinə uyğun olaraq ali təhsil müəssisəsinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilir.
AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, Prezident təqaüdçülərinin ən çox toplandığı ali məktəb Bakı Ali Neft Məktəbi olub. Onu Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universiteti izləyir.
Prezident təqaüdçülərinin ali məktəblər üzrə bölgüsü belədir:
Bakı Ali Neft Məktəbi – 36 nəfər
Azərbaycan Tibb Universiteti – 26 nəfər
Bakı Dövlət Universiteti – 16 nəfər
ADA Universiteti – 13 nəfər
Dövlət İdarəçilik Akademiyası – 5 nəfər
Azərbaycan Dövlət İqtisad Universiteti – 4 nəfər
Xüsusi təyinatlı ali təhsil müəssisələri – 1 nəfər
Naxçıvan Dövlət Universiteti – 1 nəfər.