Dağlıq Şirvan Regional Təhsil İdarəsində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, idarənin əməkdaşları, Rayon Təhsil Sektorlarının müdirləri, ETİHİ-nin rayon komitələrinin sədrləri, təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak etmişlər.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan idarə müdiri Ramin Abasov regionun bütün müəllimlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara ən xoş arzularını çatdırıb.
Daha sonra regionun bir qrup təhsil işçisi gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar səsləndirilib.