Azedu.az

Elm və Təhsil Nazirliyi müəllimləri təltif etdi

Xəbərlər

4 Oktyabr 2025, 15:11
Elm və Təhsil Nazirliyi müəllimləri təltif etdi

Elm və təhsil nazirinin müvafiq əmri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bir sıra təhsil işçisi təltif edilib.

AzEdu.az xəbər verir ki, əmrə əsasən, 134 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 301 nəfər isə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəxri fərmanı” ilə təltif olunub.

 

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox