Qərbi Afrikanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Qana Universiteti – Winneba Təhsil Universiteti (University of Education, Winneba – UEW) bu gündən etibarən Nigeriyada genişmiqyaslı tələbə qəbul kampaniyasına start verib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, kampaniya çərçivəsində universitetin nümayəndələri 4–10 oktyabr tarixlərində Nigeriyanın bir neçə şəhərində gənclərlə görüşlər təşkil edəcək, bakalavr və magistr proqramları, eləcə də təqaüd imkanları haqqında ətraflı məlumat təqdim edəcəklər.
Görüşlər Abuja, Lagos, Kano və Port Harcourt şəhərlərində baş tutacaq. Tələbələr, valideynlər və təhsil sahəsində maraqlı olan hər kəs universitetin proqramları ilə tanış ola biləcək.