Kanadanın qərbində yerləşən Alberta əyalətində minlərlə müəllim 6 oktyabr 2025-ci il tarixindən etibarən kütləvi tətilə çıxmağa hazırlaşır. Tətil qərarı müəllimlərin əmək haqlarının artırılması və əmək şəraitlərinin yaxşılaşdırılması tələbləri ilə bağlıdır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Alberta Müəllimlər Assosiasiyası (ATA) tərəfindən yayımlanan bəyanatda bildirilib ki, hökumətlə uzun müddətdir aparılan danışıqlar nəticəsiz qaldığından, müəllimlər son çarə olaraq tətilə çıxmaq qərarı veriblər. “Biz şagirdlərimizin uğurunu və təhsilin keyfiyyətini hər zaman ön planda tuturuq. Amma artan iş yükü və dəyərini itirmiş maaşlarla bu işi davam etdirmək mümkün deyil,” – deyə bildirib.